Gürcüstan, Tbilisi, 11 fevral / Trend , muxbir N. Kirtsxalia/ ATƏT-in Parlament assambleyasının Gürcüstan üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker bu gün gürcü-osetin konflikt zonasında yerləşən Karaleti kəndində olub.
"Əminəm ki, ATƏT öz missiyasını Gürcüstanda davam etdirəcək və başlanmış işi axıra çatdırmaq üçün əlindən gələni edəcək", - jurnalistlərlə söhbətində Lenmarker bildirib.
ATƏT-in Parlament assambleyasının xüsusi nümayəndəsi Lenmarker Avropa İttifaqının nümayəndələri ilə görüşüb və konflikt zonasındakı hadisələrlə tanış olub. Lenmarker fevralın 10-da Gürcüstan Prezidenti və dövlət nümayəndələri ilə də görüşüb.
İşgüzar səfərini fevralın 12-də başa çatdıracaq Lenmarker Bakıya gələcək.
Məqaənin müəllifi ilə əlaqə saxlamaq üçün ünvan [email protected]