...

Azərbaycanın Məhkəmə-Hüquq Şurası iki hakimin cəzalandırılması barədə qərar çıxarıb

Siyasət Materials 24 Fevral 2009 21:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 fevral/ Trend K. Zərbaliyeva/ Azərbaycanın Məhkəmə-Hüquq Şurası iki hakimin cəzalandırılması barədə qərar çıxarıb. MHŞ-nin çərşənbə axşamı keçirilən iclasında fəaliyyətində yol verdikləri ciddi qanun pozuntuları və digər nöqsanlara görə Astara Rayon Məhkəməsinin sədri Elnur Cəbiyevin vəzifəsinin dəyişdirilməsi, Xızı Rayon Məhkəməsinin hakimi İsmiyar İsmayıllıya töhmət verilməsi barədə qərarlar qəbul edilib.

Eyni zamanda, qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 2 hakim barədə intizam icraatları başlanıb.

MHŞ-nin sədri, ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda Prezidentin Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı"nda məhkəmə fəaliyyətinə dair tədbirlərin icrasının təşkili ilə bağlı məsələ müzakirə edilib.

Həmçinin iclasda hakimlərin mükafatlandırılması, iş yerlərinin dəyişdirilməsi ilə bağlı məsələlərə baxılıb, hakimliyə namizədlərin seçilməsi prosesinin vəziyyəti ilə bağlı Hakimlərin Seçki Komitəsinin məlumatı dinlənilib.

Xəbər lenti

Xəbər lenti