...

Azərbaycan prezidenti Xocalı soyqırımı qurbanlarının abidəsi önünə əklil qoyub

Siyasət Materials 26 Fevral 2009 11:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 fevral / Trend /

Azərbaycan prezidenti İlham Əliyev bu gün səhər Xocalı soyqırımı qurbanlarının abidəsi önünə əklil qoyub. Həmçinin dövlət rəsmiləri, ictimai xadimlər və diplomatik missiyaların nümayəndələri də əklillər qoyublar.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqına qarşı amansız qətliam törədilib, bir gecədə Xocalı şəhəri yerlə-yeksan edilib, dinc əhaliyə vəhşicəsinə divan tutulub. Bütün sivilizasiya normalarına zidd olan bu qanlı aksiyanı erməni silahlı dəstələri keçmiş SSRİ-nin Xankəndidə yerləşdirilmiş 366-cı motoatıcı alayının hərbi qulluqçularından və zirehli texnikasından istifadə edilməklə törədiblər. Həmin alayın şəxsi heyətində milliyyətcə erməni olan 40-dan çox zabit və gizir vardı. Qətliamda 613 nəfər Xocalı sakini amansızcasına öldürülüb. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70 nəfəri ahıl yaşda insanlar olub. Erməni vəhşiləri 8 ailəni tamamilə məhv edib, 487 nəfəri şikəst edib, Xocalı şəhərinin 1275 sakini - qocalar, uşaqlar və qadınları girov götürüb, bu insanlara ağlasığmaz işgəncələr veriblər. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də məlum deyil.

Xəbər lenti

Xəbər lenti