...

Qəzzə Zolağının sərhədləri açılmalıdır –Fransa prezidenti

Siyasət Materials 2 Mart 2009 13:45 (UTC +04:00)
Qəzzə Zolağının sərhədləri açılmalıdır –Fransa prezidenti

İsrail zərərçəkmiş əhaliyə lazımi yardımın daşınması üçün Qəzzə Zolağı ilə sərhədləri açmalıdır. Bu barədə bazar ertəsi Şarm-əş-Şeyxdə Qəzzənin bərpa olunması üzrə keçirilən konfransda çıxış edən Fransa prezidenti Nikolya Sarkozi bildirib, "Əl-Cəzirə" bu barədə məlumat verib.

"Fransa hökuməti həddindən artıq əziyyət çəkən Fələstin xalqına lazımi yardımı göstərməyə hazırdır. Qəzzə ilə bütün sərhədlər açılmalıdır", - deyə Sarkozi bildirib.

Misirin Şarm-əş-Şeyx şəhərində keçirilən konfransda ABŞ-ın Dövlət Katibi Hillari Klinton və Avropa İttifaqının xarici işlər nazirləri iştirak edirlər.

Fələstin Muxtariyyətinin Baş naziri Salam Fayyadın sözlərinə görə, bu yaxınlarda İsrailin həyata keçirdiyi hərbi əməliyyatlardan zərər çəkən Qəzzənin bərpasına təqribən üç mlrd. dollar ayrılacaq. 22 gün davam edən hərbi əməliyyatlar zamanı 1300 fələstinli həlak olub, Qəzzədə yaşayış binaları, məktəblər və inzibati binalar dağıdılıb.

HƏMAS nümayəndələri konfransa dəvət olunmayıblar.

Sarkozinin sözlərinə görə, HƏMAS Abbas hökuməti və İsrail ilə siyasi dialoqa başlamalıdır.

"Biz kiçik münaqişələrin həllinə olduqca çox vaxt və pul sərf edirik, halbuki, onu dinc fələstinlilərə yardım üçün istifadə edə bilərik", - deyə Sarkozi vurğulayıb.

Onun sözlərinə görə, Fransa son beş il ərzində fələstinlilərə yardım üçün yeddi mlrd. dollar vəsait ayırıb.

"Fələstin xalqı haqqında danışarkən, biz onları Qəzzə Zolağı və Qərb Sahili əhalisinə ayırmamalıyıq. Yardım hər iki tərəfə ayrılmalıdır", - o deyib.

Hillari Klintonun ABŞ-ın Qəzzə Zolağının bərpasına 300 mln. dollar, Fələstin Muxtariyyətinə yardım üçün isə 600 mln. dollar ayırması bərədə bildirəcəyi gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti