...

Ukrayna ilə Azərbaycan arasında münasibətlər strateji əməkdaşlıq səviyyəsindədirlər - Ukrayna prezidenti Viktor Yuşenko

Siyasət Materials 9 Aprel 2009 21:37 (UTC +04:00)
Ukrayna ilə Azərbaycan arasında münasibətlər strateji əməkdaşlıq səviyyəsindədirlər - Ukrayna prezidenti Viktor Yuşenko

Azərbaycan, Bakı 9 aprel / Trend /

Bu gün Bakıda Azərbaycan və Ukrayna prezidentləri Şurasının ilk iclası keçirilib.  

Şuranın iclasının gedişi zamanı çıxışında, Bakıda rəsmi səfərdə olan Ukrayna prezidenti Viktor Yuşenko deyib ki, Azərbaycan və Ukrayna arasında münasibətlər "ən yüksək səviyyəli münasibətlərdir".  

"Bu strateji əməkdaşlıq münasibətləridir. Bu münasibətlər yüksək dinamikaya və siyasi əlaqələrə malikdirlər. Biz münasibətlərimizin inkişafından tam razıyıq", deyə Viktor Yuşenko bildirdi.

O qeyd etdi ki, ölkələr arasında münasibətlərdə yaxşı nəticələr var.

Ukrayna prezidenti ikitərəfli iqtisadi və işgüzar münasibətlərə yüksək qiymət verdi.

"Bizim münasibətlərin aydın plan və onların inkişafının olması çox vacibdir", - Ukrayna prezidenti dedi.

O qeyd etdi ki, Ukrayna ilə Azərbaycan arasında 2009-2010-cu illər üçün "yol xəritəsinin" təsdiqlənməsi, nəinki prezident Şurası, həmçinin də nazirliklər, müəssisələr arasında münasibətlərdə böyük bir aydınlıq gətirəcək.   

Xəbər lenti

Xəbər lenti