...

Bakıda keçirilməsi nəzərdə tutulan ATƏT-in terrorizmə qarşı mübarizəyə dair milli konfransı təxirə salınıb

Siyasət Materials 21 Aprel 2009 11:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel / Trend , müxbir C.Babayeva/

ATƏT-in çərşənbə axşamı Bakıda keçirməyi planlaşdırdığı "Azərbaycanda terrorizimlə mübarizədə dövlət-ictimai əməkdaşlıq" adlı milli konfransı təxirə salınıb. Tədbir təşkilatçıları təxirə salmanın səbəblərini açıqlamayıblar.

Konfransın ATƏT-in Nazirlər Şurasının 2007-ci ildə Madriddə qəbul etdiyi qərara əsasən keçirilməsi planlaşdırılırdı. Konfransda terrorizmlə mübarizədə vətəndaş cəmiyyəti və mətbuatla dövlət-ictimai əməkdaşlıq, infrastruktur və tədbirlərin terror hücumundan müdafiəsində dövlət-ictimai əməkdaşlıq və terrorizmin maliyyələşdirilməsinin qarşısının alınmasında dövlət-ictimai əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulur.

Tədbirdə rəsmi şəxslər, beyənlxalq təşkilatların nümayəndələri, QHT, kütləvi informasiya vasitələri və diplomatik nümayəndəliklərdən rəsmi şəxslərin iştirakı gözlənilirdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti