...

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının səviyyəsi yüksəkdir – Prezident

Siyasət Materials 29 Aprel 2009 20:35 (UTC +04:00)

"Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının səviyyəsini yüksək qiymətləndiririk və bu qurumla ikitərəfli əməkdaşlığın gündəliyi genişlənir", - Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Brüsseldə Avropa İttifaqı Nazirlər Şurasının baş katibi, qurumun ümumi xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Havyer Solana ilə görüşdə bəyan edib. Məlumatı AzTV telekanalı yayıb.

Prezident qeyd edib ki, Azərbaycanın Avropa İtiifaqı ilə əməkdaşlığına regional inkişaf, iqtisadi əməkdaşlıq, siyasi islahatlar, enerji təhlükəsizliyi və digər sahələri əhatə edən layihələr daxildir. "Azərbaycan etibarlı tranzit və təchizatçı ölkədir və bu da Azərbaycan-Avropa İttifaqı əlaqələrinə qarşılıqlı fayda verir", - Prezident vurğulayıb.

Solananın sözlərinə görə, Azərbaycan Avropa İttifaqı üçün vacib ölkədir və tərəflər arasında normal əməkdaşlıq münasibətləri var. "Bu əməkdaşlıq Avropa qonşuluq siyasəti çərçivəsində inkişaf edir. Biz ikitərəfli münasibətlərin genişləndirilməsini istəyirik", - baş katıb əlavə edib.

Xəbər lenti

Xəbər lenti