...

Türkiyənin Baş nazirinin bu ay ərzində Azərbaycana səfəri gözlənilir – səfir

Siyasət Materials 2 May 2009 14:03 (UTC +04:00)
Türkiyənin Baş nazirinin bu ay ərzində Azərbaycana səfəri gözlənilir – səfir

Azərbaycan, Bakı, 02 may / Trend , müxbir C.Babayeva /

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri bu ay ərzində gözlənilir, Trend -un məlumatına görə, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc şənbə günü jurnalistlərə bildirib.

"Yaxınlarda gözlənilən səfər zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunacaq", - Kılıc deyib. 

Trend -un arayışı: Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması istiqamətində danışıqlar davam etdirilir.

Türkiyə mətbuatının məlumatına görə, Ankara və Yerevan arasında imzalanan "Yol xəritəsi" 5 bənddən ibarətdir. Razılaşmaya əsasən, Ermənistan Türkiyə və keçmiş SSRİ arasında 1921-ci ildə imzalanan Qars razılaşmasını qəbul etməlidir. Bundan başqa, ermənilərin "soyqırım" iddialarını araşdıran tarixçilərdən ibarət ortaq komissiya yaradılmalı və komissiyanın tərkibinə hər hansı bir üçüncü ölkə qatıla bilər. Ermənistan-Türkiyə sərhədləri açılacaq və ticarət əlaqələrinin başlanması üçün müvafiq sənədlər imzalanacaq. Ermənistan və Türkiyə Gürcüstandakı səfirlərini qarşılıqlı olaraq Ankara və Yerevanda akreditə etdikdən sonra birbaşa diplomatik əlaqələr qurulacaq. "Yol xəritəsi"ndə hər hansı bir qanunverici orqan tərəfindən təsdiq olunmalı məsələlər birbaşa parlamentdə müzakirə ediləcək. Məlumata görə, sənəddə Qarabağ məsələsi yer almasa da, iki ölkə arasında yaxınlaşma münaqişənin həlli yolları ilə paralel aparılacaq.

Türkiyə Ermənistanla sərhədləri 1993-cü ildən bağlayıb. Buna səbəb Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti