Gürcüstan, Tbilisi, 04 may / Trend , müxbir N.Kirtsxalia /
Bu gün Brüsseldə NATO-nun Siyasi Komitəsinin iclası keçiriləcək. Dövlət Dəftərxanasından verilən məlumata görə, iclasda NATO-Gürcüstan komissiyası üçün məsələlər, həmçinin NATO ölkələri və tərəfdaşlarının birləşmiş qərərgah komandanlıqlarının Brüsseldə keçiriləcək görüşü üçün təşkilati mövzular müzakirə olunacaq.
Mayın 6-da keçiriləcək NATO-Gürcüstan komissiyasının iclasında Gürcüstanda daxili siyasi vəziyyət, işğal olunmuş ərazilərdə vəziyyət və "Sülh naminə tərəfdaşlıq" Proqramı çərçivəsində Gürcüstanda keçirilməsi planlaşdırılan çoxmillətli hərbi təlimlər müzakirnə olunacaq.
NATO-nun birləşmiş qərərgah rəislərinin görüşündə Gürcüstan Silahlı Qüvvələri Birləşmiş Qərərgahının rəisi Devi Çankotadze iştirak edəcək. .