...

Şri-Lankanın spikeri İrana səfər edəcək

Siyasət Materials 9 May 2009 13:15 (UTC +04:00)

İran parlamentinin sədri Əli Laricaninin dəvəti ilə Şri-Lankanın parlament sədri Luku Bandra bazar günü (mayın 10-da) İrana səfər edəcək. Səfərdə Şri-Lanka spikerini bu ölkənin nümayəndə heyəti müşayiət edəcək. Bu barədə FARS xəbər agentliyi məlumat yayıb.

Bandra İrana beşgünlük səfəri zamanı İran parlamentinin sədri Laricani, İranın Məsləhət Şurasının sədri Əli Əkbər Haşimi Rəfsəncani və İranın XİN rəhbəri Mənuçöhr Müttəki ilə görüşəcək.

Şri-Lankanın spikeri səfər çərçivəsində İsfahan şəhərinə də səfər edərək, bu şəhərin tarixi abidələri ilə tanış olacaq.

Xəbər lenti

Xəbər lenti