...

Türkiyənin Baş naziri polşalı biznesmenlərlə görüşüb

Siyasət Materials 14 May 2009 14:53 (UTC +04:00)

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan çərşənbə günü rəsmi səfər etdiyi Varşavada Türkiyə-Polşa Biznes Assosiasiyasının üzvləri ilə görüşüb. Xəbəri Türkiyənin The Journal of Turkish Weekly jurnalı yayıb.

Ərdoğan Türkiyə İqtisadi Forumunda iştirak edəcək biznesmenlərlə də danışıqlar aparıb.

Görüşdə Polşa iqtisadiyyatında Türkiyə sərmayələri, həmçinin Türkiyə və Polşa biznesmenlərinin qarşılaşdığı problemlərlə bağlı məsələlər müzakirə olunub.

Türkiyə Baş nazirinin polşalı və türkiyəli biznesmenlər ilə Mariott mehmanxanasında keçirilən görüşündə Türkiyənin Dövlət katibləri Zəfər Çağlayan və  Halim Mete də iştirak edib.

Xəbər lenti

Xəbər lenti