...

Azərbaycana satış məqsədilə narkotika gətirən İran vətəndaşları saxlanılıb

Siyasət Materials 18 May 2009 14:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 may / Trend , müxbir, K. Zərbalıyeva /

Azərbaycana satış məqsədilə narkotika gətirən İran vətəndaşları saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend -a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran vətəndaşı Zamini Rəhman Muxtar oğlu və Əmiri Ahəngər Behzad Əkbər oğlu Nərimanov rayonunun ərazisində saxlanılıblar.

Onlardan satış məqsədi ilə respublikamıza gətirdikləri 26 kiloqram 147,1 qram heroin, 13 kiloqram 935,9 qram həşiş, 5,013 qram kokain və 1,26 qram tiryək aşkar edilərək götürülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti