...

İsrail Qəzzə Zolağını aviazərbələrə məruz qoyub

Siyasət Materials 20 May 2009 11:21 (UTC +04:00)
İsrail Qəzzə Zolağını aviazərbələrə məruz qoyub

İsrail aviasiyası çərşənbə günü gecə son iki həftə ərzində Fələstin döyüşcülərinin ilk dəfə olaraq endirdiyi raket zərbələrinə cavab olaraq Qəzzə Zolağında bir neçə obyekti bombalayıb. Bu barədə İsrailin Müdafiə Ordusunun mətbuat xidməti məlumat verib.

Havadan zərbələr Qəzzə Zolağında iki silah istehsalı obyektinə və qonşu Misirdən mühasirədə olan anklavaya qaçaqmalların çatdırılması üçün istifadə olunan dörd yeraltı tunelə endirilib.

Yerli kütləvi informasiya vasitələri bombardıman nəticəsində bir fələstinlinin yaralandığı barədə məlumat verib.

Aviazərbə mayın 6-dan bu yana çərşənbə axşamı döyüşçülər tərəfindən İsrailin cənub şəhəri Sderota endirilən iki raket zərbəsinə cavab olub. "Qəssam"lardan biri yaşayış evinin yanına düşüb və bir israilli yaralanıb.

Hərbçilərin hesablamalarına görə, ilin əvvəlindən döyüşçülər İsrailə 685 raket mərmisi və mina atıblar. Daha intensiv atəşlər İsrailin Qəzzə Zolağında apardığı əməliyyatlar dövrünə təsadüf edib. Xəbəri RİA Novosti yayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti