...

Azərbaycanın qərbində qətlin Hərbi Komissarlığın şöbə rəisi tərəfindən törədilmədiyi müəyyənləşib

Siyasət Materials 25 May 2009 10:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 may / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanın qərbində yerləşən Gəncə şəhərində (paytaxt Bakıdan 365 kilometr aralı) mayın 23-də baş verən qətlin Hərbi Komissarlığın şöbə rəisi tərəfindən törədilmədiyi bildirilir.

Gəncə Şəhər Hərbi Prokurorluğundan bazar ertəsi Trend -a verdilən məlumata görə, mayın 23-də qətlə yetirilən Coşqun Mərdanovun Hərbi Komissarlığın ikinci şöbəsinin rəisi Səfər Bayramovun qardaşı oğlu Elvin Bayramov tərəfindən öldürüldüyü məlum olub.

Məlumata görə, Bayramov işdə olarkən qardaşı oğlu əmisinə zəng edərək, evində Mərdanovu öldürdüyünü bildirib.

Mərdanovun atasına zəng edib, oğlunun öldürüldüyünü və ona sahib çıxmalarını bildiriblər.

Hadisə yerinə gələn Mərdanovun atası İnşallah Mərdanovla Səfər Bayramov arasında münaqişə yaranıb və o, Hərbi Komissarlığın əməkdaşına bıçaqla xəsarət yetirib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb.

Elvin Bayramov barəsində Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1) maddəsi ilə cinayət işi açılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

İnşallah Mərdanov barəsində hələlik həbs qətimkan tədbiri seçilməyib.

Qeyri-rəsmi məlumatlarda Mərdanovun Səfər Bayramov tərəfindən qətlə yetirildiyi bildirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti