Azərbaycan, Bakı, 28 may / Trend , müxbir K.Zərbalıyeva /
Azərbaycan paytaxtında çərşənbə günü saat 19.40 radələrində naməlum kişi Yasamal rayonu A.Şərifzadə küçəsindəki ev 37 "A"nın qarşısındakı taksofondan polisə zəng edərək "Tural" kafesinə bomba qoyulması barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən cümə axşamı Trend -a bildiriblər ki, müvafiq tədbirlər görülsə də, məlumat təsdiqini tapmayıb.
Hazırda zəngin kim tərəfindən edildiyi müəyyənləşdirilir.
Bu il ərzində artıq bomba qoyulması ilə bağlı 16 belə zəng olub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]