...

Müxalifət partiyaları Azərbaycanın eks-prezidentini anıblar

Siyasət Materials 24 İyun 2009 12:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyun / Trend , müxbir C.Babayeva /

Azərbaycanın eks-prezidenti, milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin doğum günü ilə bağlı müxalifət liderləri çərşənbə günü onun məzarını ziyarət ediblər.

Bu gün Azərbaycanın eks-prezidenti, milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin 71 yaşı tamam olur. O 1938-ci ildə Naxçıvanda dünyaya gəlib

Məhz onun prezidentliyi dövründə sovet qoşunları ölkədən çıxarılıb, Azərbaycanın milli valyutası dövriyyəyə buraxılıb, ali məktəblərə qəbul imtahanlarında test üsulu tətbiq edilib.

Əbülfəz Elçibəy 2000-ci il avqustun 22-də Türkiyədə, müalicə olunduğu "Gülhanə" xəstəxanasında vəfat edib.

Anım mərasimində Müsavat, Klassik Xalq Cəbhəsi, Bütöv Xalq Cəbhəsi, "Azadlıq" blokuna daxil olan (Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) partiyalar iştirak edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti