...

İspaniya Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir

Siyasət Materials 17 İyul 2009 11:09 (UTC +04:00)
Gürcüstanda rəsmi səfərdə olan İspaniya Konqresinin deputatlardan ibarət nümayəndə heyəti cümə axşamı parlamentdə olub və qanunvericilik orqanının spikeri David Bakradze ilə görüşüb. Görüş bağlı qapılar arxasında keçirilib, parlamentin mətbuat xidmətindən məlumat verilib.
İspaniya Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir

Gürcüstan, Tbilisi, 17 iyul / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstanda rəsmi səfərdə olan İspaniya Konqresinin deputatlardan ibarət nümayəndə heyəti cümə axşamı parlamentdə olub və qanunvericilik orqanının spikeri David Bakradze ilə görüşüb. Görüş bağlı qapılar arxasında keçirilib, parlamentin mətbuat xidmətindən məlumat verilib.

İspaniya Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir və bir daha Gürcüstanın suverenliyinə hörmət etdiyini bildirir.

Gürcüstanın geostrateji mövqeyi çox vacibdir, o, strateji regionda strateji ölkədir, deyə görüşdə İspaniya parlamentinin beynəlxalq münasibətlər komitəsinin sədri Qustavo de Aristeqi bildirib.

"Biz əməkdaşlığın daha da dərinləşməsində maraqlıyıq", - deyə o qeyd edib.

Bakradze beynəlxalq təşkilatlarda, həmçinin parlament assambleyası zamanı Gürcüstana göstərdiyi dəstəyə görə İspaniyaya minnətdarlığını bildirib.

O bildirib ki, Gürcüstan İspaniya ilə münasibətlərin dərinləşməsini, iqtisadi və siyasi əməkdaşlığın inkişafını dəstəkləyir.

İspaniya nümayəndə heyəti iki günlük səfəri çərçivəsində Acariyanın hökumət rəhbərləri və Gürcüstanın icraedici orqanlarının nümayəndələri ilə görüşlər keçirəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti