...

İranda qəzaya uğramış təyyarənin sərnişinlərinin çoxu Qazaxıstan vətəndaşlarıdır

Siyasət Materials 25 İyul 2009 14:22 (UTC +04:00)
"İranın Xorasan vilayətinin hava limanın idarə rəisinin müavini Rəzavi Mohəmməd Bağır Qasımzadə şənbə günü bildirib ki, cümə günü baş vermiş aviaqəzada 17 nəfər həlak olub", - ILNA informasiya agentliyi məlumat verib.
İranda qəzaya uğramış təyyarənin sərnişinlərinin çoxu Qazaxıstan vətəndaşlarıdır

"İranın Xorasan vilayətinin hava limanın idarə rəisinin müavini Rəzavi Mohəmməd Bağır Qasımzadə şənbə günü bildirib ki, cümə günü baş vermiş aviaqəzada 17 nəfər həlak olub", - ILNA informasiya agentliyi məlumat verib.

Ölənlər arasında 13 ekipaj üzvü və dörd sərnişin var. "Ekipaj üzvlərinin doqquz üzvü Qazaxıstan, dördü İran vətəndaşıdır. İlkin təhqiqatlara görə, qəzaya səbəb yüksək sürət və təyyarənin eniş zamanı enib-qalxma zolağından kənara çıxması olub", - Qasımzadə bildirib.

Aria Air aviaşirkətinin iyulun 24-də Tehrandan qalxan İL-62М təyyarəsi yerli vaxtla 18:10-da Şəhid Həşeminjad hava limanında təcili eniş etməli olub.

Onun göyərtəsində 153 sərnişin və ekipaj üzvü olub.

Assoşeyted Press agentliyinin məlumatına görə, enmə zamanı laynerin şassisi od tutub və o, enib-qalxma zolağından kənara çıxaraq hasara çırpılıb. Xəbər verilir ki, bundan sonra pilotların kabinası yanmağa başlayıb.

Hava limanının İctimaiyyətlə Əlaqələr Departamenti rəisinin sözlərinə görə, təyyarədə texniki problemlər yaranıb.

Son bir neçə gün ərzində bu, ikinci İran təyyarəsinin qəzaya uğrama hadisəsidir. İranın Caspian Airlines aviaşirkətinin Tehran-İrəvan mütəmadi reysini yerinə yetirən Tu-154М təyyarəsi iyulun 15-də, Tehrandan 200 km məsafədə qəzaya uğrayıb. Göyərtədə olan bütün 168 nəfər, o cümlədən 15 ekipaj üzvü həlak olub. Ermənistan XİN-in məlumatlarına görə, təyyarədə 35 erməni, həmçinin ikisi aviatexnik olan beş Ermənistan vətəndaşı olub. Xilasedicilər qəzaya uğramış laynerin hər üç "qara qutusu"nu tapıblar, lakin "qutu"lardan ikisi ciddi korlanıb.

Xəbər lenti

Xəbər lenti