...

ABŞ Gürcüstana üç istiqamətdə maraq göstərir – Gürcüstanın ABŞ-dakı səfiri

Siyasət Materials 5 Avqust 2009 17:46 (UTC +04:00)
Gürcüstanda müharibənin başlamasının ildönümü ilə əlaqədar olaraqa ABŞ konqresinin senatında dinləmələr zamanı bir neçə mövzuya diqqət yetirilib. O cümlədən münaqişə zomnasında vəziyyət, Gürcüstanın silahlı qüvvələrinə kömək və ölkənin NATO-nun üzvlüyü məsələsinə. Bu barədə jurnalistlərə Gürcüstanın ABŞ-dakı səfiri Batu Kuteliya məlumat verib.
ABŞ Gürcüstana üç istiqamətdə maraq göstərir – Gürcüstanın ABŞ-dakı səfiri

Gürcüstan, Tbilisi, 05 avqust / Trend , müxbir N.Kirsxaliya /

Gürcüstanda müharibənin ildönümü ilə əlaqədar olaraq ABŞ Konqresinin Senatında dinləmələr zamanı bir neçə mövzuya diqqət yetirilib. O cümlədən münaqişə zonasında vəziyyət, Gürcüstanın silahlı qüvvələrinə kömək və ölkənin NATO-nun üzvlüyü məsələsinə də toxunulub. Bu barədə jurnalistlərə Gürcüstanın ABŞ-dakı səfiri Batu Kuteliya məlumat verib.

"Hazırda münaqişə zonasında yaranmış vəziyyətlə bağlı narahatlıq ifadə olunub", - o deyib.

Səfirin sözlərinə görə, dinləmələrdə təsdiq olunub ki, Rusiyanın Gürcüstanı vəziyyəti gərginləşdirməkdə ittiham etməsi həqiqətə uyğun deyil. Bunu Aİ-nin müşahidə missiyası da təsdiq edir.

İkinci istiqamət Gürcüstanın müdafiə qabiliyyətinin gücləndirilməsidir. Kuteliyanın sözlərinə görə, Gürcüstanla ABŞ arasında starteji əməkdaşlıq xartiyasının rəsmiləşdirilməsi çərçivəsində bu istiqamətdə fəal iş aparılır. "Bu vaxtadək Gürcüstanın silahlı qüvvələrinin hazırkı vəziyyətinin qiymətləndirilmə işləri demək olar ki, yekunlaşıb", - o deyib.

Kuteliya deyib ki, üçüncü məsələyə gəlincə, ABŞ-ın yeni administrasiyasının Gürcüstanın NATO-ya üzvlüyünə dair məsələdə hansı mövqedə qərarlaşacağı ilə bağlı sual verilib. "Bir daha təsdiqlənib ki, yeni Adminstrasiya Gürcüstanın NATO-ya daxil olmasını dəstəkləyir və hər şey Gürcüstan tərəfinin etməli olduğu islahatdan asılı olacaq", - səfir qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti