Gürcüstan, Tbilisi, 07 avqust / Trend , müxbir N.Kirsxaliya /
Avropa İttifaqının (Aİ) müşahidə missiyası Gürcüstandakı avqust müharibələrinin ildönümü ilə əlaqədar olaraq münaqişə zonasında keşikçəkməni gücləndirir.
Missiyanın xüsusi bəyanatında qeyd edildiyi kimi, missiya müşahidəçiləri vəziyyətə nəzarət etmək üçün gecə və gündüz çalışır. "Məqsədimiz inzibati sərhədin hər iki tərəfindəki insanlar üçün təhlükəsizliyi və stabilliyi qorumaqdır", - bəyanatda deyilir.
Aİ tərəfləri mübahisə yarada biləcək bəyanatlardan və hərəkətlərdən yayınmağa çağırır.
Ötən ilin avqust ayında baş verən Gürcüstan-Osetiya müharibəsinin ildönümü ilə əlaqədar olaraq ATƏT-in sədri də xüsusi bəyanat verib. Yunanıstanın xarici işlər naziri Dora Bakoyannisin sözlərinə görə, ATƏT-in müşahidə missiyasının iştirakı hazırda Gürcüstan üçün çox vacibdir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]