Azərbaycan, Bakı, 12 avqus t/ Trend /
"Alma-Ata info" nəşriyyatının redaktoru Ramazan Eserqepova qarşı məhkəmə prosesində üç illik həbs qərarının çıxarılması beynəlxalq standartları və Qazaxıstanın ATƏT qarşısında üzərinə götürdüyü mətbuat azadlığı üzrə öhdəliyi pozur, çərşənbə axşamı ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti bildirib. ATƏT-in rəsmi saytı xəbər verir.
"Vətəndaşlar və jurnaslitlər tərəfindən məxfiliyin pozulmasını qanunsuz hesab etmək ictimaiyyəti vacib informasiyadan məhrum edir və tədqiqatçı jurnalistikanın mühüm alətlərindən birinin itirilməsinə səbəb olur. Hakimmiyətin mümkün cinayətlərinin ifşa edilməsi ictimai maraqlar üzrə fəaliyyət göstərən jurnalistlərin əsas vəzifəsidir", - Haraştinin Qazaxıstanın xarici işlər naziri Marat Tajinə məktubunda bildirilir.
Eserqepov avqustun 8-də 2008-ci ilin noyabrın 21-də "Alma-Ata info"da nəşr edilən məqalədə Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin (MTK) daxili sənədlərinin yayılmasına görə həbs edilib. Məqalə "Ölkəmizi kim idarə edir, Prezident yoxsa MTK" başlığı altında verilib.
Haraşti Qazaxıstan hakimiyyətini Eserqepova çıxarılan hökmün ləğv etməyə və qəzetin yenidən nəşr edilməsinə icazə verməyə çağırıb.