...

Gürcüstan-Osetiya münaqişəsi zonasında qarşıdurmanın prevensiyası çərçivəsində növbəti görüş sentyabrın 1-də keçiriləcək

Siyasət Materials 14 Avqust 2009 17:34 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 14 avqust / Trend , müxbir N.Kirsxaliya /

Dvanidə Qafqazdakı münaqişələrin prevensiyası məsələsi üzrə Cenevrə formatında növbəti görüş sentyabrın 1-də keçiriləcək. Bu barədə bu gün sayca üçüncü görüşün başa çatmasından sonra Gürcüstan DİN-in Analiz Departamentinin başçısı Şota Utiaşvili bildirib.

O, görüşün keçirilməsindən razı qaldığını bildirib və qeyd edib ki, əsas "prosesin fasiləsizliyidir". "Proses davam edir və bu əsas nailiyyətdir", - o bildirib və qeyd edib ki, görüş zamanı münaqişə zonasındakı vəziyyət, atışmaların və gürcülərin qaçırılmasının sayının artması məsələləri müzakirə edilib.

Utiaşvili qeyd edib ki, müəyyən qarşılıqlı anlaşma əldə olunub, lakin konkret qərarlar qəbul olunmayıb.

Avropa müşahidəçilərinin Gürcüstandakı missiyasının nümayəndəsi Hans Yorq Haberin görüşdən sonra bəyan etdiyi kimi, "görüş əhəmiyyətli idi". "Onun nəticələrini müsbət kimi qiymətləndirmək olar", - o bildirib və qeyd edib ki, görüş zamanı bütün tərəflər gərginliyin azaldılmasının və sıx əlaqələrin qurulmasının vacibliyi üzrə razılığa gəliblər.

"Münaqişə tərəflərinin birgə qrupları insidentlərin aradan qaldırılması üzrə koordinasiyada işləməlidirlər və biz bu məsələni müzakirə etmişik", - Haber əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti