Azərbaycan, Bakı, 26 avqust / Trend , müxbir Ü.Sadıxova /
Azərbaycan və İsrail münasibətlərin inkişafında düzgün istiqamət seçiblər", - çərşənbə axşamı Trend -a, Azərbaycan Prezidenti İlham Əliyevə özünün təyinatı haqqında etimadnaməni bu gün təqdim edən İsrailin Azərbaycandakı yeni səfiri Mixail Lavon-Lotem deyib.
"İki dövlət arasındakı münasibətlər iki xalqın vasitəçiliyi ilə inkişaf etdirilməlidir. İsrail Prezidenti Şimon Peresin Azərbaycana rəsmi səfərindən sonra mən bu istək və səyi gördum", - Lavon-Lotem bildirib.
"İki ölkə münasibətlərin potensial inkişafında məhdudiyyətlər qoymur və bu istiqamət hər iki ölkəni böyük dəyişikliklərə gətirib çıxaracaq", - səfir deyib.
"Yaxın zamanlarda ikitərəfli əməkdaşlıq üzrə yeni layihələrin olub-olmadığını deyə bilmərəm, ancaq Pereslə Azərbaycana gəlmiş iş adamlarının əməkdaşlıqda maraqlı olduqlarını görürəm", - səfir qeyd edib.
Onun fikrincə, iki ölkə münasibətlərinin inkişafında sosial faktor kimi, iki xalqın qarşılıqlı əlaqələrinin vacibliyini nəzərə alaraq, Azərbaycandakı yəhudi icması vacib rol oynayır.
"Biz yəhudi icması ilə iqtisadi və kommersiya münasibətləri sahəsində əməkdaşlıq edə bilərk, - səfir deyib. - Onların ölkə haqqında biliyindən yararlanaraq, İsrail Azərbaycana yaxınlaşa bilər".
İsrail Prezidenti Şimon Peres iyunun 28-29-da Azərbaycana rəsmi səfərə gəlmişdi.
Dağlıq Qarabağ münaqişəsinə gəlincə, Lavon-Lotem deyib ki, İsrail Prezidenti Azərbaycana onun ərazi bütövlüyündə tam dəstək verdiyini açıq şəkildə bildirib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о vaхtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]