...

Hindistanda saxlanılan gəmidəki azərbaycanlı dənizçilər bu gün vətənə qayıdacaqlar

Siyasət Materials 26 Avqust 2009 15:31 (UTC +04:00)
Hindistanda saxlanılan gəmidəki azərbaycanlı dənizçilər bu gün vətənə qayıdacaqlar

Azərbaycan, Bakı, 26 avqust / Trend , müxbir C.Babayeva /

Hindistan sahillərində saxlanılan türk gəmisində olan azərbaycanlı dənizçilər ölkəni tərk etmək və vətənə qayıtmaq qərarına gəliblər, Trend -a çərşənbə axşamı Azərbaycan XİN-in nümayəndəsi Elxan Poluxov bildirib.

"Azərbaycanın Hindistandakı səfirliyi onların vətənə qayıtması üçün icazə alıb və dənizçilərə bilet təqdim edib. Lakin onlardan biri vətənə qayıtmaqdan imtina edib və gəmidə qalamağa qərar verib", - Poluxov bildirib.

Avqustun əvvəlində Hindistan sahillərində Türkiyənin ECE A Tanker Grup şirkətinə məxsus gəmi saxlanılıb. Türkiyə bayrağı altında üzən gəmidə 10 Türkiyə, bir Gürcüstan və beş Azərbaycan vətəndaşı olub. Səfirliyin məlumatına əsasən, Azərbaycan vətəndaşları  Elmar Məmmədov, Anar Mehdiyev, Eldəniz Qafarov, Azadxan Babayev və Bəhruz Səfərovdur. 

"Baş mexanik Azadxan Babayevdən başqa dörd Azərbaycan vətəndaşı Hindistandan İstanbula gələrək İstanbul-Bakı axşam reysi ilə bu gün ölkəyə qayıdacaq", - Poluxov bildirib. 

Xəbər lenti

Xəbər lenti