...

Türkiyə bundan sonra da Pakistanla əməkdaşlığı genişləndirməyə çalışmalıdır - Davudoğlu

Siyasət Materials 27 Avqust 2009 16:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 avqust / Trend , müxbir A.Axundov /

Türkiyə bundan sonra da Pakistanla siyasi və iqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsinə çalışmalıdır və iki ölkə arasında münasibətlər dünyanın digər ölkələri üçün nümunə olmalıdır. Bu barədə çərşənbə günü Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu pakistanlı həmkarı Şah Mahmud Kureysi ilə birgə görüşün yekunlarına dair Ankarada keçirilən mətbuat konfransında bildirib. Məlumatı Anadolu agenliyi yayıb.

Türkiyənin xarici işlər naziri qeyd edib ki, siyasi sahədə tam qarşılıqlı anlaşmaya baxmayaraq, iki ölkə arasında iqtisadi əməkdaşlıq səviyyəsi qənaətbəxş deyil. Onun sözlərinə görə, iqtisadi əlaqələri gücləndirmək üçün nəqliyyat sektorunda ikitərəfli əməkdaşlıq genişləndiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti