Azərbaycan, Bakı, 29 avqust / Trend , müxbir C.Babayeva /
Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) bələdiyyə seçkisi üzrə səsvermə günü veb-kameraların tətbiqini genişləndirə bilər.
"Veb-kameraların tətbiqinin genişləndirilməsi maddi və texniki imkanlarla bağlıdır. Bu imkanlar üst-üstə düşərsə, veb-kameraların tətbiqinin genişləndirilməsi ilə bağlı problem olmayacaq", - şənbə günü Trend -a MSK katibi Natiq Məmmədov bildirib.
Trend -un arayışı: Azərbaycanda ötən il oktyabrın 15-də keşirilmiş prezident seçkisi və bu il martın 18-də keçirilmiş referendumda veb-kameralar 500 seçki məntəqəsində (seçki məntəqələrinin 10 faizi) quraşdırılmışdı.
Azərbaycanda bələdiyyə seçkisinin bu il dekabrın ortalarında keçirilməsi gözlənilir.
MSK katibinin sözlərinə görə, veb-kameraların tətbiqinin genişləndirilməsinə nail olmaq yaxşı olardı. "Amma özü-özlüyündə seçkilərin nəticəsinin müəyyən edilməsi üçün veb-kameraların seçki məntəqələrinin 10 faizində tətbiqi də ciddi göstəricidir", - Məmmədov deyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]