Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Nquyen Minh Çieti Müstəqillik günü münasibətilə təbrik edib, məlumatı çərşənbə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Təbrik məktubunda dövlət başçısı Azərbaycan ilə Vyetnam arasındakı münasibətlərin hər iki xalqın mənafeyinə uyğun olaraq daim dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəyinə əminliyini bildirib.
Prezident Vyetnamın başçısına möhkəm cansağlığı, işlərində uğurlar, dost Vyetnam xalqına əmin-amanlıq və firavanlıq arzulayıb.