Azərbaycan, Bakı, 09 oktyabr / Trend , müxbir K,Zərbalıyeva/ Azərbaycan paytaxtında saxta diplom satan universitet əməkdaşı saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend -a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində gözətçi işləyən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vasif Abdullayev Azərbaycan Respublikası Kooperasiya Universitetinin 1 ədəd saxta diplomunu 4.000 manata satarkən yaxalanıb.
Faktla bağlı cinayət işi başlanıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]