...

Bakı ilə Dəməşq arasında birbaşa aviauçuşlar həyata keçiriləcək - Suriyanın mədəniyyət naziri

Siyasət Materials 13 Oktyabr 2009 16:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 oktyabr /Trend Neüs, müxbir Ü.Sadıxova/

Azərbaycan və Suriya arasında turistik əlaqələrin inkişafı üçün oktyabrın sonuna Bakıdan Suriya paytaxtına birbaşa uçuşların başlanması nəzərdə tutulub, Suriyanın Mədəniyyət naziri Riyad Həsən Ağa deyib.

Nazir deyib ki, uçuşları Azərbaycan tərəfi həyata keçirəcək.

"Ölkələr arasındakı uçuşlar İstanbul və başqa yollar vasitəsil həyata keçirilir. Biz turizm sahəsində aktiv əməkdaşlığa ehtiyac duyuruq", - 13-15 oktyabrda Bakıda keçirilən İslam Konfransı Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin VI konfransında Suriyanın nümayəndə heyətinə başçılıq edən Həsən Ağa Trend -a deyib.

"Bir müddət əvvəl dayandırılan Bakı-Hələb aviareysləri də bərpa ediləcək", - suriyalı nazir deyib.

Həsən Ağanın sözlərinə görə, Suriya və Azərbaycan arasında mədəni əlaqələrin inkişafı proqramı çərçivəsində ilin sonunda Bakıda suriyalı incəsənət xadimlərinin iştirakı ilə böyük Azərbaycan şairi Nəsiminin xatirəsinə həsr edilmiş festival keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti