Gürcüstan, Tbilisi, 28 oktyabr / Trend , müxbir N.Kirsxaliya/
Raket əleyhinə müdafiə sistemi NATO-nun layihəsidir, bu da o deməkdir ki, NATO ilə əlaqəsi olan ölkələr də ondan istifadə edə bilərlər. Bu barədə ABŞ-ın Gürcüstandakı səfiri Con Bas Rustavi-2 telekanalına verdiyi müsahibəsində deyib.
"Raket əleyhinə müdafiə sistemi NATO-nun layihəsi olsa da, burada aparıcı rol ABŞ-a məxsusdur. Biz bu sistemin NATO-ya üzv olmayan ölkələrdə yerləşdirilməsindən danışmırıq. Lakin bu o demək deyil ki, NATO ilə əlaqəsi olan ölkələr ondan istifadə edə bilməzlər", - Bas deyib.
Buna baxmayaraq, ABŞ təhlükəsizlik məsələlərində Gürcüstanla əməkdaşlığa davam edir. Gürcüstan hərbçilərinə təlimlərin keçirilməsi, həmçinin beynəlxalq səviyyədə əməkdaşlıq buna əyani sübutdur.
"Üzdə görünməyən digər istiqamətlər də var. Biz gələcəkdə də əməkdaşlığa davam edəcəyik", - Bas deyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]