Azərbaycan, Bakı, 13 noyabr / Trend , müxbir M.Əliyev/
2010-cu ildə büdcədən Milli Məclisin saxlanması üçün ayrılan vəsaitin artırılması nəzərdə tutulub.
"2010-cu ildə dövlət büdcəsindən Azərbaycanın Milli Məclisinin saxlanması üçün ayrılan vəsaitin 2009-cu il ilə müqayisədə 2,5 faiz artırılması nəzərdə tutulub", - Azərbaycanın maliyyə naziri Samir Şərifov 2010-cu il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
"Yeni avadanlıqların, həmçinin maşınların alınması üçün 1,4 milyon manat həcmində vəsaitin ayrılması nəzərdə tutulub", - nazir deyib.
Nazirin sözlərinə görə, hazırda Milli Məclisin sərəncamında 97 avtomobil var.
"Növbəti ilin dövlət büdcəsində Prezident Administrasiyasının saxlanması üçün də xərclərin artırılması nəzərdə tutulub. 2009-cu il ilə müqayisədə bu vəsaitlərin həcmi iki milyon manata kimi artırılacaq", - Şərifov bildirib. Onun sözlərinə görə, bu vəsait 2010-cu il üçün planlaşdırılan beynəlxalq tədbirlərin keçirilməsinə yönəldiləcək.