...

Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin əksəriyyətini yerinə yetirib – Milli Məclisin deputatı

Siyasət Materials 24 Noyabr 2009 12:44 (UTC +04:00)
"Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin mütləq əksəriyyətini yerinə yetirib və bu gün ölkəmizlə bu qurum arasında sıx əməkdaşlıq mövcuddur", - Trend News-un məlumatına görə, çərşənbə axşamı jurnalistlərə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Gültəkin Hacıbəyli bildirib.
Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin əksəriyyətini yerinə yetirib – Milli Məclisin deputatı

Azərbaycan, Bakı, 24 noyabr / Trend , A.Hüseynbala/

"Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin mütləq əksəriyyətini yerinə yetirib və bu gün ölkəmizlə bu qurum arasında sıx əməkdaşlıq mövcuddur", - Trend -un məlumatına görə, çərşənbə axşamı Trend -a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Gültəkin Hacıbəyli bildirib.

Trend -un arayışı: Azərbaycan Avropa Şurasına 2001-cildə üzv olarkən müəyyən öhdəliklər götürüb. Bu öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək üçün AŞ Monitorinq Komitəsi intensiv araşdırmalar aparır.

Hacıbəyli deyib ki, Azərbaycan Avropa Şurasına üzv olduğu müddət ərzində qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində də ciddi addımlar atıb. "Bütün qanunlar beynəlxalq standartlara uyğunlaşdırılıb. Azərbaycanın tutduğu yol demokratik inkişaf yoludur və bu yolda Avropanın mütərəqqi təcrübəsi, dəyərləri tətbiq edilir", - millət vəkili əlavə edib.

Avropa Şurası Nazirlər Komitəsinin "Aqo" qrupunun Azərbaycana səfərinə münasibət bildirən Hacıbəyli qeyd edib ki, belə səfərlər müntəzəm olaraq həyata keçirilir. "Azərbaycan monitorinq altında olduğu üçün bu cür səfərlər də təbiidir. Öhdəliklər sırasında "Alternativ hərbi xidmət haqqında" qanun qəbul edilməyib. Azərbaycan müharibə şəraitində olduğu üçün bu qanunun qəbul olunması məqsədəuyğun deyil. Bunu Avropa Şurasında da bilirlər", - Hacıbəyli vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti