Azərbaycan, Bakı, 26 noyabr / Trend , müxbir H.Bağırov/
Azərbaycanın Gəncə şəhər Hərbi Komissarlığının şöbə müdirinin evində baş vermiş qətl hadisəsində təqsirləndirilən şəxsə hökm oxunub.
Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1) maddəsi ilə təqsirli bilinən Gəncə şəhər sakini Elvin Bayramova 8 il iş verilib.
İttihama görə, bu il mayın 23-də Gəncə şəhəri, Əziz Əliyev küçəsi, ev 4, mənzil 15-də Gəncə şəhər Hərbi Komissarlığının ikinci şöbəsinin rəisi Səfər Bayramovun qardaşı oğlu Elvin Bayramov qısqanclıq zəminində həmyerlisi Coşqun Mərdanovu bıçaqlayaraq qətlə yetirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]