...

Sumqayıtda imtiyazlı şəxslər üçün inşa olunmuş yaşayış binası istifadəyə verilib

Siyasət Materials 25 Dekabr 2009 18:22 (UTC +04:00)
Bu gün Sumqayıt şəhərində imtiyazlı şəxslər üçün inşa olunmuş yaşayış binasının istifadəyə verilməsi mərasimi keçirilib. Mərasimdə Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov, Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev iştirak edib.
Sumqayıtda imtiyazlı şəxslər üçün inşa olunmuş yaşayış binası istifadəyə verilib

Azərbaycan, Bakı, 25 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Bu gün Sumqayıt şəhərində imtiyazlı şəxslər üçün inşa olunmuş yaşayış binasının istifadəyə verilməsi mərasimi keçirilib. Mərasimdə Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov, Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev iştirak edib.

İlkin olaraq nazir müavini Rəhimov çıxış edib, sonra çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı Əliyev son illər ərzində şəhərdə imtiyazlı şəxslərin mənzillə təmin edilməsi məqsədilə görülmüş işlərdən danışıb. Daha sonra Qarabağ əlilləri, şəhid ailələri və Çernobıl əlillərinə binadan onlar üçün ayrılmış mənzillərin orderləri təqdim edilib.

Qeyd edək ki, şəhərin 18-ci mikrorayon ərazisində yerləşən bu dördmərtəbəli bina 36 mənzildən ibarətdir. Binanın tikintisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilib.

2003-cü ildən etibarən Sumqayıtda dövlət vəsaiti hesabına imtiyazlı şəxslər üçün 7 bina inşa edilərək sakinlərin istifadəsinə verilib. Son 6 il ərzində ümumilikdə şəhər üzrə 163 Qarabağ əlili, 47 şəhid ailəsi, 18 qaçqın ailəsi və 8 nəfər Çernobıl əlili mənzillə təmin olunub.

Xəbər lenti

Xəbər lenti