...

İrandakı qarışıqlıq onun qonşularına sərf edir – amerikalı ekspert Raymond Tanter (MÜSAHİBƏ)

Siyasət Materials 6 Yanvar 2010 13:52 (UTC +04:00)
Trend News-un Vaşinqtonda İran siyasəti üzrə Komitənin prezidenti, Ağ Ev yanında ABŞ Milli Təhlükəsizlik Şurasının sabiq əməkdaşı və ABŞ müdafiə nazirinin sabiq şəxsi nümayəndəsi Raymond Tanter ilə müsahibəsi
İrandakı qarışıqlıq onun qonşularına sərf edir – amerikalı ekspert Raymond Tanter (MÜSAHİBƏ)

ABŞ, Vaşinqton, 06 yanvar / Trend , müxbir N.Boqdanova/

Trend -un Vaşinqtonda İran siyasəti üzrə Komitənin prezidenti, Ağ Ev yanında ABŞ Milli Təhlükəsizlik Şurasının sabiq əməkdaşı və ABŞ müdafiə nazirinin sabiq şəxsi nümayəndəsi Raymond Tanter ilə müsahibəsi

- Siz İrandakı hazırkı vəziyyət barədə nə fikirləşirsiniz? İranda hazırda baş verən hadisələrin və müxalifətin irimiqyaslı etirazlarının əsl səbəbi nə olub?

- Son altı ay ərzində İranda baş verən etirazların səbəbi Əhmədinejadın prezident seçkilərində qələbənin namizəd Müsəvidən "oğurlaması" olub. Lakin son zamanlar İranda idarəetmənin bütün sistemlərinə qarşı çıxanların etiraz aksiyası yenidən artıb. İran rejiminə qarşı xalqın narazıçılığının səbəblərinə azadlığın olmaması, iqtisadiyyatın düzgün idarə edilməməsi, həmçinin xarici siyasət və İranı bütün dünyadan təcrid edən nüvə proqramı daxildir.

- İrandakı qarışıqlıq onun qonşularına, o cümlədən Azərbaycana təsir edə bilərmi?

- Ola bilsin ki, İrandakı qarışıqlıq İslam Respublikasının qonşularına faydalı olsun. İran rejiminin başı öz daxili işlərinə nə qədər çox qarışsa, Tehranın öz qonşularına İslam İnqilabı ideyasını qəbul etdirmək iqtidarı bir o qədər azalır.

- Necə fikirləşirsiniz, ağırlaşan böhrandan çıxış yolu nə ola bilər? Fikrinizcə, etirazlar davam edərsə, bu nəyə gətirib çıxara bilər?

- Əslində iki çıxış yolu var: rejimin təhlükəsizlik qüvvələri ya daha güclü qüvvə sərf edərək müxalifəti ləğv edəcək, ya da rejim süqut edəcək. Etiraz aksiyaları nə qədər çox davam edərsə, rejimin dəyişilməsinə inam bir o qədər də çoxalar. İran Siyasəti üzrə Komitə üçün mənim araşdırmalarıma əsasən, əgər "Mocaheddin-e xalq" və İran Milli Müqavimət Şurası ABŞ-ın xarici terrorçu təşkilatları siyahısından silinərsə, ilk növbədə rejim süqut edəcək.

- Əhmədinejad rejiminin dövlət çevrilişinə cəhd edənlərə qarşı kifayət qədər qüvvəsi varmı və yaxın gələcəkdə hazırkı iqtidar müxalifətlə əvəz edilə bilərmi?

- Çevriliş inandırıcı deyil, belə ki, dövlət çevrilişinə mənbə ola biləcək nizami hərbi qüvvələrin İslam İnqilabı Keçikçilər Korpusunda olduğu kimi gücü nəzərə çarpmır. Ən azından, əgər dövlət çevrilişi qaçılmaz olarsa, İranın ali lideri ayətullah Əli Xamneyi Prezident Əhmədinejaddan imtina edəcək. Lakin istənilən bu cür çevriliş Əhmədinejadla yanaşı, ilk növbədə ali liderin özünün devrilməsinə səbəb olacaq.

- Necə fikirləşirsiniz, xarici dövlətlərin bu hadisələrdə rolu olubmu?

- Birləşmiş Ştatlar İranın müxalifət hərəkatına ritorik və üstüörtülü dəstək göstərilməkdə böyük rol oynaya bilərdi. İran Siyasəti üzrə Komitə üçün araşdırmalarım göstərir ki, ABŞ-ın İrandakı müxalifət hərəkatı ilə həmrəyliyi barədə inandırıcı siqnal İranın əsas müxalifət qrupu olan "Mocaheddin-e-xalq" və İran Milli Müqavimət Şurasının ABŞ-ın xarici terrorçu təşkilatları siyahısından silinməsinə səbəb olardı.

Xəbər lenti

Xəbər lenti