...

Bu gün Gürcüstan MSK-nın yeni rəhbərinin adı müxalifət tərəfindən açıqlanmalıdır

Siyasət Materials 11 Yanvar 2010 11:48 (UTC +04:00)
Bu gün günorta Batumidəki "Şeraton" mehmanxanasında Gürcüstan Prezidenti Mixail Saakaşvilinin qeyri-hökumət sektorunun nümayəndələri ilə Mərkəzi Seçki Komissiyasının sədri vəzifəsinə namizədin müəyyənləşdirilməsi üzrə görüşü olacaq.
Bu gün Gürcüstan MSK-nın yeni rəhbərinin adı müxalifət tərəfindən açıqlanmalıdır

Gürcüstan, Tbilisi, 11 yanvar / Trend , müxbir N.Kirsxaliya/

Bu gün günorta Batumidəki "Şeraton" mehmanxanasında Gürcüstan Prezidenti Mixail Saakaşvilinin qeyri-hökumət sektorunun nümayəndələri ilə Mərkəzi Seçki Komissiyasının sədri vəzifəsinə namizədin müəyyənləşdirilməsi üzrə görüşü olacaq.

Bazar ertəsi keçirilməli olan görüş senator Con Makkeynin Gürcüstana səfəri ilə əlaqədar olaraq bu günə keçirilib.

Yeni qaydalara əsasən, bu posta 3 namizədi qeyri-hökumət sektoru ilə məsləhətləşmələr əsasında Gürcüstan Prezidenti göstərir. Üç nəfərdən birini MSK-nın müxalifətdən olan üzvləri seçir. Komissiyada təmsil olunan 7 müxalifət partiyasından 4-nün dəstəklədiyi şəxs sədr seçiləcək. Əgər müxalifət nümayəndələri bu günün sonunadək namizədlər üzrə seçim edə bilməsələr, o zaman məsələ parlamentin səlahiyyətinə keçəcək.

Qeyri-hökumət sektoru prezidentə MSK-nın sədrliyinə bir neçə namizəd təklif etməyə hazırlaşır. "Ədalətli seçkilər" təşkilatının nümayəndəsi Eka Siradze, hüquqşunas Kaxa Sopromadze və MSK-nın hazılrkı sədri Levan Tarxnişvili təklif edilən namizədlər arasındadır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti