...

Amerikalı kongresmen həmkarlarını Azərbaycanın maraqlarını unutmamağa çağırır

Siyasət Materials 27 Yanvar 2010 10:44 (UTC +04:00)
ABŞ konqresmeni Con Şadeq çərşənbə axşamı Konqresin bütün deputatlarına "Azərbaycanı unutmayın!" başlıqlı məktub göndərib.
Amerikalı kongresmen həmkarlarını Azərbaycanın maraqlarını unutmamağa çağırır

ABŞ, Vaşinqton, 27 yanvar / Trend , müxbir N.Boqdanova/

ABŞ konqresmeni Con Şadeq çərşənbə axşamı Konqresin bütün deputatlarına "Azərbaycanı unutmayın!" başlıqlı məktub göndərib. Bu barədə Trend -un Vaşinqtondakı müxbiri məlumat verib.

Məktubda deyilir ki, Türkiyə və Ermənistan arasındakı münasibətlərin normallaşdırılması haqqında protokolların imzalanması konqresmenlərin böyük əksəriyyətini ruhlandırdığı kimi, eyni zamanda ABŞ-ın regionda olan inamlı müttəfiqlərindən olan Azərbaycanın həyati maraqlarını unutmamaq da ABŞ üçün vacibdir.

Şadeq öz məktubunda xatırladıb ki, Ermənistan-Azərbaycan silahlı münaqişəsi nəticəsində yüz minlərlə azərbaycanlı məcburi köçkün olub, Dağlıq Qarabağ daxil olmaqla ölkənin 20 faiz ərazisi Ermənistan tərəfindən işğal olunub.

"Ermənistan-Türkiyə danışıqlarında uğur qazanılması o demək deyil ki, Ermənistan-Azərbaycan danışıqları arxa plana keçirilib", - məktubda deyilir.

Şadeq qeyd edib ki, Azərbaycan ABŞ-ın İraq və Əfqanıstandakı ordularına dəstək göstərir və onun qaz ehtiyatları Qərbi Avropada energetika tələbatının diversifikasiyasına ümid verir.

"Çox mühümdür ki, ABŞ Türkiyə, Ermənistan və bütün Qafqaz regionu üzrə öz diplomatik təşəbbüslərində Azərbaycanı lazımi dərəcədə qiymətləndirib", - məktubda deyilir.

Xəbər lenti

Xəbər lenti