...

ABŞ administrasiyası ATƏT-in Minsk qrupunun regional təhlükəsizliyin təmin edilməsindəki səylərinin uğurlarına maraq göstərir

Siyasət Materials 19 Fevral 2010 19:31 (UTC +04:00)
ABŞ Prezidenti Barak Obama və dövlət katibi Hillari Klinton ATƏT-in Minsk qrupunun səylərinin uğurlarına şəxsən maraq göstərirlər. Obama və Klinton onları regional təhlükəsizliyin təmin edilməsinin bir hissəsi hesab edirlər.
ABŞ administrasiyası ATƏT-in Minsk qrupunun regional təhlükəsizliyin təmin edilməsindəki səylərinin uğurlarına maraq göstərir

Azərbaycan, Bakı, 19 fevral / Trend , müxbir V.Javoronkova/

ABŞ Prezidenti Barak Obama və dövlət katibi Hillari Klinton ATƏT-in Minsk qrupunun səylərinin uğurlarına şəxsən maraq göstərirlər. Obama və Klinton onları regional təhlükəsizliyin təmin edilməsinin bir hissəsi hesab edirlər. ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Uilyam Berns belə hesab edir.

"ABŞ digər ölkələrlə - ATƏT-in Minsk qrupunun həmsədrləri olan Rusiya və Fransa ilə birgə Dağlıq Qarabağ münaqişəsinin uzun və stabil həllində yüksək səviyyədə iştirak edir", - Berns Azərbaycan Diplomatiya Akademiyasında çıxış edərkən deyib. Bu barədə səfirliyin məlumatında deyilir.

Bernsin sözlərinə görə, sülh, stabillik və tolerantlıq Qafqaz xalqlarına yalnız fayda verə bilər. "İnanırıq ki, demokratik institutların möhkəmləndirilməsi, qanunun aliliyi və insan haqlarının təmin edilməsi ölkələrin və bütün regionun gələcəyinə müsbət təsir edə bilər və biz bu istiqamətdə göstərilən səylərə dəstək olmağa hazırıq", - Berns deyib.

Xəbər lenti

Xəbər lenti