...

Azərbaycan Prezidenti Bruney Darüssalamın Sultanını təbrik edib

Siyasət Materials 22 Fevral 2010 20:04 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Bruney Darüssalamın Sultanı Hacı Həssənal Bolkiaha ölkəsinin milli bayramı – Milli gün münasibətilə təbrik məktubu ünvanlayıb.
Azərbaycan Prezidenti Bruney Darüssalamın Sultanını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Bruney Darüssalamın Sultanı Hacı Həssənal Bolkiaha ölkəsinin milli bayramı - Milli gün münasibətilə təbrik məktubu ünvanlayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb

"Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Əminəm ki, Azərbaycan ilə Bruney Darüssalam arasındakı münasibətlərin inkişafı bundan sonra da xalqlarımız arasındakı dostluq və əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcəkdir", - təbrik məktubunda deyilir.

İlham Əliyev Hacı Həssənal Bolkiaha möhkəm cansağlığı, işlərində uğurlar, Bruney Darüssalamın dost xalqına sülh və tərəqqi arzulayıb.

Xəbər lenti

Xəbər lenti