...

Azərbaycan Parlamentinin komitə sədri Fransaya gedəcək

Siyasət Materials 6 Mart 2010 14:02 (UTC +04:00)
"Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ölkəmizin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Aydın Abbasov qurumun büro və komitə iclaslarında iştirak etmək üçün Fransanın paytaxtı Parisdə səfərdə olacaqlar", - şənbə günü Trend News-a Milli Məclisin mətbuat xidmətindən bildirilib.
Azərbaycan Parlamentinin komitə sədri Fransaya gedəcək

Azərbaycan, Bakı, 6 mart / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin komitə sədri Fransaya gedəcək.

"Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ölkəmizin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Aydın Abbasov qurumun büro və komitə iclaslarında iştirak etmək üçün Fransanın paytaxtı Parisdə səfərdə olacaqlar", - şənbə günü Trend -a Milli Məclisin mətbuat xidmətindən bildirilib.

AŞPA-nın bürosunda Dağlıq Qarabağ münaqişəsinə dair 1416 saylı qətnamənin yerinə yetirilməsi üzrə xüsusi komitənin yenidən formalaşması məsələsinə baxılacaq. "Qurumun daimi komitəsinin iclasında Avropada milli azlıqların müdafiəsi, uşaqlara qarşı məişət zorakılığı məsələləri, Ukraynada prezident seçkilərinin nəticələri nəzərdən keçiriləcək", - məlumatda vurğulanır.

AŞPA-nın Monitorinq Komitəsində isə Azərbaycan tərəfindən öhdəliklərin yerinə yetirilməsi üzrə məruzə layihəsi, Gürcüstan, ErmənistanMoldovada vəziyyət, Çernoqoriya tərəfindən öhdəliklərin yerinə yetirilməsi və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti