...

Moskvada Azərbaycan və Ukrayna XİN rəhbərlərinin ikitərəfli görüşü keçirilib

Siyasət Materials 26 Mart 2010 15:44 (UTC +04:00)
Bu gün Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov və Ukraynanın yeni prezidenti tərəfindən bu yaxınlarda xarici işlər naziri postuna təyin edilmiş Konstantin Qrişenkonun görüşü olub. İki ölkənin XİN rəhbərləri tet-a-tet olaraq qarşılıqlı maraq doğuran məsələlərin qısa müzakirəsini aparıblar.
Moskvada Azərbaycan və Ukrayna XİN rəhbərlərinin ikitərəfli görüşü keçirilib

Rusiya, Moskva, 26 mart / Trend , xüsusi müxbir İ.Bragina/

Bu gün Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov və Ukraynanın yeni prezidenti tərəfindən bu yaxınlarda xarici işlər naziri postuna təyin edilmiş Konstantin Qrişenkonun görüşü olub. İki ölkənin XİN rəhbərləri tet-a-tet olaraq qarşılıqlı maraq doğuran məsələlərin qısa müzakirəsini aparıblar.

Bu gün Moskvadakı "Prezident" otelində MDB Xarici İşlər Nazirləri Şurasının görüşü keçirilib. Xarici siyasət idarələrinin rəhbərləri əvvəlcə dar çərçivədə danışıqlar aparıblar, sonra nümayəndə heyəti təmsilçilərinin iştirakı ilə plenar iclasa toplaşıblar. Görüşə sədrlik edən Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib ki, nazirlər məsələlərin bütün spektrini müzakirə ediblər. Bu məsələlər baxılmaq üçün MDB Hökumət və Dövlət Başçıları Şurasına çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti