...

Azərbaycanın Los-Ancelesdəki baş konsulu enerji təhlükəsizliyi mövzusunda çıxış edib (FOTO)

Siyasət Materials 9 Aprel 2010 12:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov Santa-Barbara şəhərindəki Kaliforniya Universitetinin müəllim və tələbə heyəti qarşısında Azərbaycan və Avropanın enerji təhlükəsizliyi mövzusunda çıxış edib.

Süleymanov çıxışında  Azərbaycanın mühüm geostrateji mövqeyi və regional enerji siyasəti barədə məlumat verib. Bununla yanaşı o, regionun lider ölkəsi olan Azərbaycanın regional inkişafa töhfəsi barədə iştirakçıları məlumatlandırıb; məlumatı Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu yayıb.

Azərbaycanlı diplomat Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi ilə bağlı rolunu akademik dairələrin nümayəndələrinə izah edərək, xarici siyasətimizin hər zaman praqmatik dayaqlara söykəndiyini və ölkəmizin milli maraqlarına xidmət etdiyini vurğulayıb.

Süleymanov Azərbaycanın enerji siyasətinin həyata keçirilməsində enerji ixracı marşrutlarının diversifikasiyana üstünlük verildiyini qeyd
edərək, məhz bu məqamın Azərbaycan tərəfinə görə Avropanın və ümumiyyətlə, Avrasiya məkanının təhlükəsizliyinin təmin edilməsində mühüm hesab edildiyini bildirib.

Xəbər lenti

Xəbər lenti