...

Azərbaycanın eks-prezidentlərinin statusu ilə bağlı qanun layihəsinin hazırlanması üçün işçi qrupu yaradılıb - parlamentiin komitə sədri

Siyasət Materials 14 Aprel 2010 16:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin komitə sədri bildirib ki, keçmiş prezidentlərin statusunu nəzərdə tutan qanun layihəsinin hazırlanması üçün xüsusi işçi qrupu yaradılıb.

"Konstitusiyaya dəyişiklik edildiyindən, belə bir qanunun qəbul olunması zəruridir və işçi qrupu layihənin hazırlanması prosesində iştirak edir", - çərşənbə günü Trend-ə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirib.

Trend arayışı: Azərbaycan Konstitusiyasına 2009-cu il martın 18-də keçirilən referendum vasitəsilə edilən əlavə və dəyişikliklərdə eks-prezidentlərə status verilməsi də nəzərdə tutulur. Bu məqsədlə yeni qanun layihəsi hazırlanaraq Milli Məclisdə qəbul olunmalıdır.

Hüseynovun sözlərinə görə, layihənin hazırlanması üçün ilk növbədə beynəlxalq təcrübəni öyrənmək lazımdır.

"İşçi qrupu bir layihə hazırlayacaq. Amma hələlik biz komitə olaraq bu layihənin müzakirəsinə başlamamışıq. Ona görə də mən statusun hansı qaydada müəyyənləşdiriləcəyi barədə konkret fikirlər söyləməyə çətinlik çəkirəm", - komitə sədri əlavə edib.

Millət vəkili deyib ki, referendumdan sonra edilən dəyişikliklərlə bağlı qanunvericilik təşəbbüsü olan şəxslərin də təklifləri layihənin hazırlanması prosesində nəzərə alınacaq.

"Mənə gəldikdə, bu təcrübənin dünyada tətbiq olunduğunu xüsusi olaraq öyrənməmişəm. Bildiyim odur ki, eks-prezidentlərin stausu qanunla müəyyənləşdirilməlidir. Bütün dünyada olduğu kimi, təbii ki, bizdə də belə bir qanun olmalııdr", - Hüseynov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti