...

Azərbaycan Prezidenti Avropa İttifaqının enerji məsələləri üzrə komissarını qəbul edib

Siyasət Materials 15 Aprel 2010 19:40 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Oettingerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Prezidenti Avropa İttifaqının enerji məsələləri üzrə komissarını qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Oettingerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısı Azərbaycan ilə Avropa Komissiyası arasında müxtəlif istiqamətlərdə, xüsusilə energetika sahəsində səmərəli əməkdaşlığın davam etdiriləcəyinə əminliyini bildirib.

Ölkəmizin Avropa İttifaqı ilə yaxşı əməkdaşlıq təcrübəsinin mövcud olduğunu vurğulayan Prezident İlham Əliyev Azərbaycanın bu qurumla energetika sahəsində uzunmüddətli tərəfdaşlıq əlaqələri qurmaq üçün görüləcək işləri müzakirə etməyin vacibliyini qeyd edib. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi məsələsinə toxunan dövlətimizin başçısı Azərbaycanın enerji resursları, infrastrukturu və istehsal səviyyəsi nəzərə alınmaqla bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu vurğulayıb.

Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Oettinger təmsil etdiyi qurumun Azərbaycan ilə təkcə energetika sahəsində deyil, bütün sahələrdə əlaqələrinin yüksək səviyyədə olduğunu bildirib və energetika sahəsində sıx əməkdaşlığın bundan sonra da davam etdirilməsinin zəruriliyini vurğulayıb.

Görüşdə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində əməkdaşlığın perspektivləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti