...

"Manas" məsələsi Qırğızıstanda seçki kampaniyasının başlanması ilə aktuallaşa bilər - ekspert Aleksandr Knyazev

Siyasət Materials 29 Aprel 2010 10:40 (UTC +04:00)
NATO-nun "Manas" tranzit daşımalar mərkəzinin (TDM) Qırğızıstan ərazisində qalması məsələsi seçki kampaniyasının başlanması ilə aktuallaşa bilər. Mərkəzi Asiya üzrə rusiyalı ekspert, Qırğızıstanda yaşayan Aleksandr Knyazev belə hesab edir.
"Manas" məsələsi Qırğızıstanda seçki kampaniyasının başlanması ilə aktuallaşa bilər - ekspert Aleksandr Knyazev

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir V.Javoronkova/

NATO-nun "Manas" tranzit daşımalar mərkəzinin (TDM) Qırğızıstan ərazisində qalması məsələsi seçki kampaniyasının başlanması ilə aktuallaşa bilər. Mərkəzi Asiya üzrə rusiyalı ekspert, Qırğızıstanda yaşayan Aleksandr Knyazev belə hesab edir.

"Zənnimcə, "Manas" TDM məsələsi iyulun əvvəlində seçki kampaniyasının elan olunması ilə əlaqədar aktuallaşır", - Trend-ə elektron poçt ilə Knyazev bildirib.

Aprelin əvvəlində Qırğızıstanda kütləvi etiraz aksiyalarından sonra hökumət devrilib və hakimiyyət müxalifət tərəfindən zəbt olunub. Bu, ölkə müstəqillik əldə etdikdən sonra hökumətin devrilməsi ilə bağlı ikinci hadisədir. Rəsmi Prezident Kurmanbek Bakiyev beş il əvvəl inqilab nəticəsində öz postunu tutmuşdu. Hazırda ölkə Roza Otunbayeva başda olmaqla, müxalifət nümayəndələrindən ibarət Müvəqqəti Hökumət tərəfindən idarə olunur.

Çox güman ki, Qırğızıstanda seçkilər yarım ildən sonra keçiriləcək.

Ekspertin sözlərinə görə, hazırda Qırğızıstanın Müvəqqəti Hökuməti bəzi bəyanatlarda "Manas"ın statusunu dəyişdirmək niyyətinin olmadığını ifadə edib. Knyazevin sözlərinə görə, seçki prosesi başlayanda siyasi liderlərin və partiyaların mövqeyi fərqlənə bilər. Çünki Amerikanın hərbi iştirakı ilə bağlı elektoratda tamamilə ziddiyyətli fikirlər var və bunları nəzərə almaq lazım gələcək.

Qırğızıstanın xarici siyasi davranışını müzakirə etmək hələ tezdir. Çünki hökumət müvəqqətidir və hazırda hökumətdə olan liderlərin oktyabrda keçiriləcək parlament və prezident seçkilərindən sonra respublika rəhbərliyində mühüm şəxslərin olacağı mütləq deyil, - ekspert hesab edir.

ABŞ-ın aviabazası 2001-ci ildə "Manas" beynəlxalq hava limanında açılıb. BMT-nin mandatı üzrə açılan aviabaza ABŞ-ın Əfqanıstanda apardığı antiterror əməliyyatları çərçivəsində hərbi əməliyyatların həyata keçirilməsi üçün nəzərdə tutulub. Ötən ilin yazında ölkə parlamenti ABŞ və antiterror koalisiyasının 11 ölkəsi ilə onların hərbçilərinin Qırğızıstanda yerləşdirilməsi barədə sazişi pozub.

"Manas" hava limanında Əfqanıstanda beynəlxalq qüvvələrin əməliyyatlarının dəstəklənməsi üçün Tranzit Daşımalar Mərkəzinin yaradılması haqqında saziş 2009-cu il iyunun 22-də ratifikasiya olunub.

Xəbər lenti

Xəbər lenti