...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bronislav Komorovskini Konstitusiya günü münasibətilə təbrik edib

Siyasət Materials 1 May 2010 18:05 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşa Respublikasi Prezidentinin vəzifəsini icra edən Polşa Respublikasi Seyminin sədri zati-aliləri cənab Bronislav Komorovskiyə ölkədə qeyd olunan Konstitusiya günü münasibətilə təbrik məktubu göndərib. Bu barədə məlumat AzərTac Dövlət İnformasiya Agentliyində yayılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bronislav Komorovskini Konstitusiya günü münasibətilə təbrik edib

Azərbaycan, Bakı, 1 may /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşa Respublikasi Prezidentinin vəzifəsini icra edən Polşa Respublikasi Seyminin sədri zati-aliləri cənab Bronislav Komorovskiyə ölkədə qeyd olunan Konstitusiya günü münasibətilə təbrik məktubu göndərib. Bu barədə məlumat AzərTac Dövlət İnformasiya Agentliyində yayılıb.

"Ölkənizin milli bayramı - Konstitusiya günü münasibətilə Sizə və bütün Polşa xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Azərbaycan-Polşa münasibətlərinin hazırkı səviyyəsi böyük məmnunluq doğurur. Bir çox sahələri əhatə edən səmərəli əməkdaşlığımız, beynəlxalq və regional qurumlar çərçivəsində birgə səylərimiz bu gün ikitərəfli münasibətlərimizi səciyyələndirən xüsusiyyətlərdəndir.
Ümidvaram ki, qarşılıqlı anlaşma və etimada əsaslanan dövlətlərarası münasibətlərimizin, dərin tarixi köklərə malik əlaqələrimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi istiqamətində addımlarımız bundan sonra da dost xalqlarımızın rifahına töhfələr verəcəkdir. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Polşa xalqına sülh və rifah arzulayıram", - təbrik məktubunda deyilir.

Xəbər lenti

Xəbər lenti