...

ATƏT seçki mühitinin yaxşılaşdırılmasına doğru Azərbaycanın yönəltdiyi səyləri dəstəkləyir - Əli Bilgə Cankorel (FOTO)

Siyasət Materials 18 May 2010 11:53 (UTC +04:00)
ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə çərşənbə axşamı Parlament seçkilərinə hazırlıqla bağlı tədbir keçirilib.
ATƏT seçki mühitinin yaxşılaşdırılmasına doğru Azərbaycanın yönəltdiyi səyləri dəstəkləyir - Əli Bilgə Cankorel (FOTO)

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir A.Hüseynbala/

ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə çərşənbə axşamı Parlament seçkilərinə hazırlıqla bağlı tədbir keçirilib.

"ATƏT noyabr ayında keçiriləcək Parlament seçkiləri ilə əlaqədar seçki mühitinin yaxşılaşdırılmasına doğru Azərbaycanını yönəltdiyi səyləri dəstəkləyir", - Trend-in məlumatına görə, bunu tədbirdə ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel deyib.

Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin noyabrın birinci həftəsində keçiriləcəyi gözlənilir. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Əli Bilgə Cankorel bildirib ki, namizədlərin qeydiyyatı prosesinin düzgün aparılması bütün siyasi partiyaların seçkilərdə iştirakına geniş şərait yaradılacaq.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Departamentinin rəhbəri Nicolas Kaczoroviski bildirib ki, seçkilərin demokratik keçirilməsi üçün peşəkar seçki qurumu formalaşdırılmalıdır ki, bütün siyasi qüvvələrin etibarını qazana bilsin.

"Bu cür seçki qurumunun isə konstruktiv dialoq şəraitində etimad qazanması mümkündür. Azərbaycan hökumətinin ATƏT qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmək üçün bu, önəmli məsələdir", - o əlavə edib.

Tədbirdə hakim və müxalifət partiyalarının rəhbərləri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti