...

Azərbaycan səfiri Polşanın ali ordeni ilə təltif olunub

Siyasət Materials 18 May 2010 15:59 (UTC +04:00)
Azərbaycan səfiri Vilayət Quliyev Azərbaycan-Polşa münasibətlərinin inkişafına verdiyi töhfələrə görə "Polşa qarşısında xidmətlərinə görə" ordeni ilə təltif edilib.
Azərbaycan səfiri Polşanın ali ordeni ilə təltif olunub

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir S.Ağayeva/

Azərbaycan səfiri Vilayət Quliyev Azərbaycan-Polşa münasibətlərinin inkişafına verdiyi töhfələrə görə "Polşa qarşısında xidmətlərinə görə" ordeni ilə təltif edilib.

"Azərbaycan səfirinə ordeni Polşanın xarici işlər naziri Radoslav Sikorski təqdim edib", - Trend-ə Azərbaycanın bu ölkədəki səfirliyindən məlumat veriblər.

Vilayət Quliyev altı il ərzində Azərbaycanın Polşadakı diplomatik missiyasına rəhbərlik edib.

Polşanın xarici işlər naziri iqtisadi, siyasi və mədəni sahələrdə ikitərəfli əməkdaşlığın yaradılması və inkişafında Azərbaycan səfirinin xidmətlərini yüksək qiymətləndirib. Nazir həmçinin Quliyevin alim və ictimai xadim kimi xidmətlərini xüsusilə qeyd edib.

Hazırda Vilayət Quliyev Azərbaycanın Macarıstanda səfiridir.

Xəbər lenti

Xəbər lenti