...

Gürcüstanın Aİ-yə inteqrasiya prosesi hələ uzun illər davam edəcək - Baş nazirin müavini

Siyasət Materials 19 May 2010 15:29 (UTC +04:00)
Gürcüstanın Aİ-yə inteqrasiya prosesi "hələ uzun illər davam edəcək". Baş nazirin müavini, Avropaya inteqrasiya məsələləri üzrə dövlət naziri Georgi Baramidze belə hesab edir.
Gürcüstanın Aİ-yə inteqrasiya prosesi hələ uzun illər davam edəcək - Baş nazirin müavini

Gürcüstan, Tbilisi, 19 may / Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın Aİ-yə inteqrasiya prosesi "hələ uzun illər davam edəcək". Baş nazirin müavini, Avropaya inteqrasiya məsələləri üzrə dövlət naziri Georgi Baramidze belə hesab edir.

O, Parlamentdə olarkən jurnalistlərlə söhbətində bildirib ki, Aİ-nin Rusiya ilə dialoqun inkişafı planında fəal iştirakı çox vacibdir.

Baramidze onu da qeyd edib ki, Avropa İttifaqı ilə viza rejiminin sadələşdirilməsi məsələsi üzrə danışıqlar prosesi başa çatıb və sənəd iyulda imzalanacaq. Baş nazirin müavini ümid etdiyini bildirib ki, assosiasiyalaşma haqda sazişin bir hissəsi olan azad ticarətlə bağlı danışıqlar da başlayacaq.

"Aİ-yə inteqrasiya prosesi hələ uzun illər davam edəcək. Biz demokratiyanın inkişafı sahəsində əməkdaşlığı davam etdiririk; seçkilərin Avropa standartlarına uyğun keçirilməsi üçün Aİ-nin monitorinqi prosesinə ölkənin qoşulması da vacibdir", - dövlət naziri bildirib.

Bu dəqiqələrdə Baramidze Avropa Komissiyasının Aİ-nin qonşuluq siyasəti haqda hesabatı üzrə Parlamentin Avropaya inteqrasiyası və həmvətənlərlə əlaqə komitələrinin birgə iclasında çıxış edir.

Xəbər lenti

Xəbər lenti