...

Azərbaycanda keçiriləcək Parlament seçkilərində qadınların fəal iştirakı gözlənilir - Dövlət Komitəsinin sədri

Siyasət Materials 24 May 2010 14:03 (UTC +04:00)
Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin rəhbəri Parlament seçkilərində qadınların fəal olacağına ümid edir.
Azərbaycanda keçiriləcək Parlament seçkilərində qadınların fəal iştirakı gözlənilir - Dövlət Komitəsinin sədri

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir M.Əliyev/

Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin rəhbəri Parlament seçkilərində qadınların fəal olacağına ümid edir.

"Parlament seçkilərində qadınların daha çox fəal olacağını gözləyirik", - Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə açıqlamasında Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.

Trend-in arayışı: Azərbaycanda Parlamentin 125 deputatından 14-ü qadındır, bu isə parlamentin 11%-i deməkdir. Parlament sədrinin 3 müavinindən 1-i, komissiya sədrlərindən 1-i qadındır.

Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundanəvvəlki Parlament seçkisi 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Hüseynova deyib ki, komitə qadınların özlərində potensialı hiss etməsinə və seçkilərə qatılmasına çalışır.

"Azərbaycanın son bələdiyyə seçkiləri qadınların fəal iştirakını sübut etdi və bu fəallıq növbəti Parlament seçkilərində gözlənilir", - Hüseynova əlavə edib.

Xəbər lenti

Xəbər lenti